scroll down

EV BİTKİLƏRİ

Haworthia fasciata

Təsvir:

Zolaqlı havortiya - Haworthia fasciata – mirvarili havortiyaya çox oxşayır, lakin onun yarpaqları daha uzundur və ucları daha çox itidir. Ziyilləri bir qədər xırda, lakin sıxdır, düzgün sıralar əmələ gətirərək, yarpaqların yuxarı tərəfinə nisbətən aşağı tərəfini daha parlaq şəkildə örtürlər. Havortiya yayda mülayim, qışda isə 10-12°С temperaturda, quru şəraitdə saxlanılır (yəni, təxminən ayda bir dəfə suvarılır). Yazda və yayda orta dərəcədə suvarılır, torpaq növbəti suvarmayadək yaxşıca qurumalıdır. Payızdan etibarən sulama azaldılır, qışda isə bitkini çox az, lakin temperaturdan asılı olaraq sulayırlar.