scroll down

EV BİTKİLƏRİ

Gymnocalycium baldianum

Təsvir:

Gövdəsi yastı kürəşəkillidir, hündürlüyü 4-10 sm və diametri 7-9 sm-dir, boz-yaşıl rəngdədir. Tinləri 9-11 ədəddir, əvvəl az, daha sonralar isə dəqiq qabarıqlıdır. Tikanları 5-7 ədəddir, onlar yalnız radialdır, çəhrayı-boz rəngdən kül rəngi-boz rəngədəkdir. Çiçəklərinin diametri 3-5 sm, çox saydadır, tünd-qırmızı, ağ, çəhrayı, narıncı rənglərdə və ya aralıq çalarlardadır;  çiçəklər erkən yaşlarda əmələ gəlir. Meyvəsi bozumtul - tünd yaşıl rəngdədir.