scroll down

EV BİTKİLƏRİ

Euphorbia

Təsvir:

Euphorbia trigona - ətli gövdələri olan sıx bitən bitkidir. Təbiətdə hündür qollu-budaqlı kol bitkisidir, ləklər – çoxsaylı gövdələr əmələ gətirir. Ev şəraitində 1,5 metr hündürlüyünədək böyüyə bilər. Euforbiya yayda adi temperaturda bitir, halbuki onun böyüməsi üçün optimal temperatur 22-25°С-dir. Qışda 14°С-dək, ən azı 10-12°С temperaturda sakitlik dövrünə əməl ediməsi arzuolunandır. Yazda və yayda mülayim temperaturda saxlanmalıdır, növbəti suvarmayadək torpaq yaxşıca qurumalıdır, lakin həddən artıq tam qurumamalıdır. Qışda temperatur aşağı düşdükdə çox az sulamaq lazımdır, növbəti sulama zamanı torpaq quru olmalıdır.