scroll down

EV BİTKİLƏRİ

Succulent mix

Təsvir:

Sukkulentlər – latın dilindəki succulentus – şirəli sözündəndir. Bunlar quraqlığa davamlı bitkilər qrupudur, öz orqanlarında (gövdələrində, köklərində və ya yarpaqlarında) mayeni toplayaraq onu uzun müddət saxlaya bilirlər, beləliklə də ilin yağmursuz mövsümlərini asanlıqla keçirirlər. Bütün sukkulentlər kserofitdirlər. Sukkulentlər rütubətə xüsusi münasibətlərinə görə ayrıca bir qrupda birləşdirilmişlər. Bu bitkilər ayrı-ayrı hissələrində - saplaqlarında və ya yarpaqlarında suyu toplayıb saxlayır və uzun müddət sulanmadan yaşaya bilirlər.