scroll down

EV BİTKİLƏRİ

Sansevieria ker

Təsvir:

Sanseviyeriya  gözəl, çox da tələbkar olmayan otaq bitkisidir, həm tək bitki kimi, həm də kompozisiyaların tərkibində becərilmək üçün uyğundur. Digər otaq bitkiləri arasında sanseviyeriyanın böyük üstünlüyü odur ki, bu bitki kölgəliyə davam gətirir və kompozisiyalarda həm digər sukkulentlərlə, həm də adi otaq bitkiləri ilə birlikdə çox yaxşı inkişaf edir. Yayda adi otaq temperaturunda, qışda sərin, optimal olaraq 14-16°С, minimum 10°С temperaturda saxlanmalıdır. Lakin yaxşı işıqlandırma şəraitində sanseviyeriya qışda və adi temperaturda da özünü yaxşı hiss edir (24-26°С).