ÇÖL BİTKİLƏRİ


Euryops daisy
Təsvir:
Təbii mühitdə xrizantemaşəkilli evriops – qismən qışadavamlı kol bitkisidir, mülayim iqlim şəraitində onu qismən şaxtayadavamlı birillik bitki, otaq bitkisi və ya terras bəzəyi kimi becərirlər. Xrizantemaşəkilli evriopsun parlaq-sarı, çobanyastığına bənzər hamaşçiçəklərinin diametri 3-4 sm-ə çatır və 15-30 ləçəkdən ibarət olur. Hamaşçiçəklər yarpaqlardan hündürdə, hündürlüyü 10-15 sm olan saplaqlar üzərində yerləşirlər. Xrizantemaşəkilli evriops təbii mühitdə payızdan yazadək çiçək açır, lakin şimal yarımkürəsində mülayim iqlim şəraitində adətən, yazın sonunda və yayda çiçəkləyir; əgər qismən şaxtayadavamlı birillik bitki kimi becərilirsə, onun toxumlarını qışın sonundan yazın əvvəlinədək əkirlər.
Bölmənin məhsulları







