scroll down

ÇÖL BİTKİLƏRİ

Euonymus

Təsvir:

Təbiətdə 200-dən artıq növünə rast gəlinir. Vətəni – Avstraliyanın, Şərqi Asiyanın, Yaponiyanın, Şimali Amerikanın, Avropanın mülayim və subtropik iqlimli rayonlarıdır, bəzi növlərinə Madaqaskarda, digərlərinə Himalay dağlarının ətəklərində rast gəlmək mümkündür. İşıqlandırma: səhər və axşam az miqdarda birbaşa günəş şüaları ilə parlaq səpələnmiş işıq. Rəngbərəng yarpaqlı gərməşov günəşə tez alışır və hətta cənub istiqamətindəki pəncərədə də kölgələndirmə tələb olunmaya bilər. Yazdan payızadək bol suvarılır. Gərməşovun torpağı köklərin dərinliyində hər zaman azacıq nəm olmalıdır, lakin növbəti sulamayadək dibçəyin yuxarı üçdə birindəki torpaq qatı mütləq qurumalıdır.