ÇÖL BİTKİLƏRİ


Euonymus japonica
Təsvir:
Yapon gərməşovu (Euonymus japonica) – davamlı həmişəyaşıl kol bitkisidir, parlaq, tünd yaşıl rəngli, dərivari, kənarları xırdadişli uzunsov-oval formalı yarpaqları vardır. Çiçəkləri xırdadır, solğun rənglidir, zərif çətirlər şəklində toplanmışdır. Meyvələri – çəhrayı və narıncı qutucuqlardır. Rəngbərəng formaları becərilmədə çox populyardır. Təbii şəraitdə hündürlüyü 3 metrədək çatır, yaz-yay dövründə otaq gərməşovu üçün optimal temperatur təxminən 18-22°C-dir. Yayda bitkini təmiz havaya – bağçaya, eyvana, terrasa çıxarmaq çox faydalıdır. Yayda gərməşovu bol sulamaq lazımdır, lakin diqqət edilməlidir ki, rütubət bitkinin köklərində toplanıb qalmasın.
Bölmənin məhsulları







