scroll down

ÇÖL BİTKİLƏRİ

Euonymus japonicus elegantissimus aureus

Təsvir:

Gərməşov – Gərməşovkimilər (Celasiraceae) fəsiləsinə aiddir. Dekorativ- yarpaqlı növlərindən əlavə, sənayedə istifadə edilən gərməşovlar da vardır. Məsələn, saqqalcıqlı gərməşovun (E. verrucosus) köklərindən qutta əldə edilir, onun oduncağı isə hal-hazıradək tənbəki çubuğu və müştüklərin hazırlanması üçün material qismində istifadə edilir. Bu növ gərməşov, habelə Avropa gərməşovu (E.europaeus) Şərqi Avropada yayılmışdır. Bəzi otaq nümunələrinin hündürlüyü 1,5 metrə çatır, karlik növləri alçaq boyludurlar, onların hündürlüyü cəmisi bir neçə desimetrdir. Gərməşov tez boy atır, (sortundan asılı olaraq) illik boy artımı 10-20 sm-dir.