scroll down

EV BİTKİLƏRİ

Echeveria

Təsvir:

Exeveriyalar arasında polikarpik, yəni həyatı boyu dəfələrlə çiçəkləyən növlər çoxdur, dovşankələmi fəsiləsinin bəzi monokarpik nümayəndələri, məsələn eoniumlar (Aeonium) isə bundan fərqli olaraq çiçəklədikdən sonra məhv olurlar. Exeveriyalar təmiz havaya qarşı çox tələbkardırlar, havası dəyişilməyən qapalı otaqlar onlar üçün deyil, imkan olduqca dibçəkləri havalandırın və ya təmiz havada yerləşdirin. Qış dövründə temperatur azaldılmalıdır – suvarmalar əhəmiyyətli dərəcədə azaldıldıqda,  qış dövrü üçün ideal temperatur gündüz +15-16°С, gecə təxminən +8°С-dir.