scroll down

EV BİTKİLƏRİ

Echinocactus grusonii

Təsvir:

Bitkinin ən məşhur və yayılmış növü – Exinokaktus Qruzoni- Echinocactus grusonii- onun vətəni Meksikadır (San – Luis - Potosi, İdalqo). Yayda adi otaq temperaturunda saxlanılır, qışda +8-12°С-də quru saxlama şəraitində dinclik dövrüdür. Kaktusu yayda təmiz havada saxlamaq daha yaxşıdır. Yazda və yayda orta dərəcədə suvarılır, payızdan etibarən sulama azaldılır, qışda isə soyuq şəraitdə saxlandıqda bitki çox nadir hallarda suvarılır.