scroll down

Bağbanımızın məsləhətləri

Təbiətə yaxın olaraq bitkilərin dilini öyrənin. Şəhərin tam mərkəzində öz oazisinizi yaradın. Siz orada gündəlik təlaş və problemlərdən gizlənə bilərsiniz. Özünüzə yaşıllıq ilə dolu bir künc bəxş edin və günlərinizi rahatlıq ilə doldurun.

Suvarma və drenaj:

  • Drenajı yaxşılaşdırmaq və çürüyən kökləri aradan qaldırmaq üçün dibçəyin alt hissəsini genişlənmiş gil və ya kiçik çınqıllarla doldurun;
  • Təmizlənmiş və filtr olunmuş sudan istifadə edin: suda olan əhəng bitkiyə zərər verə bilər;
  • Suvarmada uzun müddətli ara olunursa, torpaq nəm keçirməyə bilər - dibçəyi torpaq səviyyəsinədək suda saxlayın.

Bitkinin dibçəyə əkilməsi:

  • Nəql zamanı əvvəlki dibçəkdən 2-3 sm daha geniş bir qab seçin;
  • Yeni dibçəyi gecə müddətincə suda saxlayın, istifadə olunmuş dibçəyi isə yuyun, təmizləyin və üzərinə qaynar su tökün;
  • Bitkini başqa dibçəyi yerləşdirmədən əvvəl çürük kökləri kəsin;
  • Kökün boyun hissəsi, dibçəyin kənarından 2-3 sm aşağı olmalıdır.

Püskürtmə üsulu:

  • Yalnız sərt, hamar yarpaqları оlаn bitkiləri sprey ilə püskürdün ki, su onlardan asanlıqla tökülsün;
  • Bitkilərə birbaşa günəş işığı altında püskürtməyin: bu, yarpaqların yanmasına səbəb olacaqdır;
  • Püskürtmə zamanı çiçəkləri sulamaqdan çəkinin - onlar daha tez quruya bilərlər.

Otaq bitkiləri ev şəraitində:

  • Bitki əldə etməzdən əvvəl onun haqqında ətraflı məlumat əldə edin - bəzi bitkilər allergiyaya səbəb ola bilərlər;
  • Əgər evdə heyvan saxlayırsınızsa, onların bitkilər ilə əlaqəsini məhdudlaşdırın - bir çox bitkilər zəhərlidir;
  • Оtağda yerləşdirilən bitki kifayət qədər işıq və isti qəbul etməlidir;
  • Xüsusən qış aylarında, otaqda sabit bir temperatur qorumağa çalışın. Orta temperatur dərəcəsi + 12 ° C-dir.