scroll down

Güllərin alınması üzrə məsləhətlər

Bir ev bitkisini satın almaqdan əvvəl onu harda yerləşdirmək istədiyinizi əvvəldən müəyyən etməyi məsləhət görürük. Əgər sizdə günəş işığına məruz qalan pəncərə və ya eyvan yoxdursa, siz kölgə sevən bitkilər seçiminə üz tutun - kliviya, begoniya, anturium, spatifillum, filodendron, aqlaoneme, monstera, draçene və ya fikus ağacı növləri. Əgər evinizdə işıq çoxdursa o zaman aloe, vaşınqtoniya, amber çiçəyi, dieffenbaxiya, jasmin, ətirşah, kalanhoye kimi bitkilərə diqqət yetirə bilərsiniz.

Bitki saxlamağın ən əsas şərtlərindən biri - məkandır. Böyük ofis və ya ev üçün ideal olan bitkilər: sansevieriya, zmiokulkas, hoveya, fatsia, abutilon, kroton və ya qıcı bitkisidir. Kiçik bir mənzil üçün isə bənövşə, kislitsa, streptokarpus, milad kaktusu, orxideya və falenopsis kimi bitkilərlə başlamaq daha məqsədə uyğundur.

Bitkilər qayğı və diqqət tələb edir. Bu səbəbdən hər bir bitkinin qayğı və tələblərinə uyğun vaxt ayırın. Əgər siz məşğul bir insansınızsa o zaman azaleya, süpürgə kolu, küpəçiçəyi, siklamen, gardeniya, kameliya, mandevilla kimi az diqqət tələb edən bitkilər ilə başlaya bilərsiniz. Tolstyanka, havortiya, moloçay, tradeskantia, hoya, aspidistra kimi bitkilər könlünüzü oxşayacaq.

Bitkini əldə etməzdən əvvəl onun yarpaqlarının vəziyətinə xüsusi ilə diqqət yetirin. Rəngində parlaqlıq olub olmadığını yoxlayın. Yarpaqları solğun, tünd və ləkələrlə qaplanmış bitki xəstəliklidir və xüsusi qayğıya ehtiyacı vardır.

Əgər açıq ərazidə əkin üçün bir bağ bitkisi alsanız, bitkinin tam kök sisteminə sahib olduğundan əmin olun.