Abşeron yarımadası, qədim dövrlərdən bəri müxtəlif kənd təsərrüfatı, qovun bitkiləri, taxıl və bağ bitkiləri becərilən münbit torpaqları ilə məşhurdur. Eyni zamanda, çiçəkçilik, bitki yetişdirilməsi və seçilməsi sahəsində əsas yerlərdən birini məhz Abşeron yarmadası tutur.
Məqsədimiz - bazarda liderlik mövqeyinə sahib olmaq, müştərilərimizin ehtiyaclarını ödəmək, bitkilər və dizayn, bağlar, bağ sahələri, biznes ofisləri, nigah mərasimləri və digər tədbirlərin keçirilməsi üçün yüksək keyfiyyətli xidmət göstərməkdir. Həmçinin MDB ölkələrinə (Rusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan), eləcə də Türkiyə və digər yaxın ölkələrə malların geniş miqyaslı ixracını başlatmaq əsas məqsədlərimizdəndir.
Kompleksin ümumi sahəsi 18 hektardır və 6 hissədən ibarətdir. Hər bir hissəsində toxum və fidan, qapalı və açıq bitkilər becərilən kompleksdə xüsusi qayğıya ehtiyacı olan bitkilər müalicə olunur. Burada həm yerli mühit üçün ənənəvi olan çiçək bitkiləri, həm də xaricdən gətirilən və region üçün nadir olan bitkilər yetişdirilir. Bundan əlavə, burada 350-dən çox bitki növü yetişdirilir. Hazırda müəssisənin istehsal gücü ildə 1,6 milyon bitki və çiçək yetişdirməyə qadirdir. Bizim çiçəklərimiz, çalılar, dekorativ və meyvə ağacları, xüsusi satış mərkəzlərimizdən alına və ya sifariş verilə bilər.